Bakı və Abşeronda oğurluq edən şəxslər saxlanılıblar
2025-12-03 15:28:36
Hurriyyet.az xəbər verir ki, paytaxtın Xətai rayonu ərazisində yerləşən mağazaların birindən 3150 manat oğurlanıb. Xətai RPİ 35-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Z.Məmmədli və T.Cəfərli saxlanılıb.
Nizami rayonunda isə gecə saatlarında bir nəfərə məxsus moped və Xırdalan şəhərində marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən F.Hüseynli, Ö.Əhmədov, eləcə də R.Kərimov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar aparılır.
Hurriyyet.az
