Saat:05:04
Haqqımızda

Bakı Vaşinqtona həmsədrlik məsələsi ilə bağlı NƏLƏRİ İZAH ETMƏLİDİR?

2022-07-01 11:14:00

Bakı Vaşinqtona həmsədrlik məsələsi ilə bağlı NƏLƏRİ İZAH ETMƏLİDİR?

Elxan Şahinoğlu: "Azərbaycan XİN-in "Minsk Qrupunun həmsədri" titulunu daşıyan heç bir diplomatın Bakıda qəbul edilməyəcəyi ilə bağlı əhatəli bəyanat yayması faydalı olardı"

"Azərbaycan Xarici İşlər Nazirliyinin "Minsk Qrupunun həmsədri" titulunu daşıyan heç bir diplomatın Bakıda qəbul edilməyəcəyi ilə bağlı əhatəli bəyanat yayması faydalı olardı. Moskva Minsk Qrupundan imtina edib, Brüssel də vasitəçilik fəaliyyətində bu qrupun fəaliyyətini davam etdirməsi mövzusuna toxunmağı lazım bilmir, hətta Paris bu məsələdə isralı deyil". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloqun sözlərinə görə, yeganə Vaşinqtondur ki, həmsədrlərin fəaliyyətini davam etdirməsini istəyir: "Bu istək Ermənistanın baş naziri Nikol Paşinyanı Qarabağ məsələsinə qarışmasına, eyni zamanda erməni separatizmini cəsarətləndirir. Deməli, diplomatiyamızın hədəfi Vaşinqtonla izahat işinin genişləndirilməsi olmalıdır. Onlara izah edilməlidir ki, Vaşinqtonun həmsədrlik məsələsində israrı Azərbaycan-ABŞ münasibətlərinə mənfi təsir edəcək, Rusiyanın bölgədə mövqelərini gücləndirəcək, həmçinin bölgədə sabitliyə və sülhə əngəl olacaq. Seçim Vaşinqtonundur".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR