"Bakı-Tehran qarşıdurması İrəvana yeni imkanlar yaradır" - ASİF NƏRİMANLI

2023-02-02 11:26:00

"İranda ümid edirlər ki, Ermənistana dəstəklə Vaşinqtonun regional siyasətinə töhfə verə və hərbi müdaxilə planını arxa plana keçirə bilərlər"

"Ermənistanın sentyabr döyüşlərində İranın dəstəyini gündəmə gətirməsi Bakı-Tehran xəttində gərginliyindən istifadə etmək kimi görünür. İranın ermənilərə hərtərəfli dəstəyi sirr deyil. O da sirr deyil ki, Bakı-Tehran qarşıdurması İranın dəstəyinin gücənməsində İrəvana yeni imkanlar yaradır və bu, onun üçün regionda təklənməmək baxımından əhəmiyyətlidir, xüsusilə Moskva qarşısında "mərkəzdənqaçma siyasəti" fonunda". Hurriyyet.az xəbər verir ki, bunu siyasi ekspert Asif Nərimanlı bildirib.

Siyasi ekspert hesab edir ki, İrəvanın bu "etirafı" Tehrana daha çox lazımdır və bu kontekstdə sual yaranır: "Azərbyacan ictimai rəyində anti-İran mövqeyini daha da gücləndirmək naminə olsa belə, Tehran nəyə nail olmaq istəyir? Burada üç əsas məqama diqqət etmək olar: Müsahibə hansı media orqanında yayımlanıb? Ermənistan kimə, hansı mesajı verir? Niyə indi belə açıqlamalar tirajlandı? Kostanyanın müsahibə verdiyi "Al-Monitor" nəşri Vaşinqtonda fəaliyyət göstərir və Yaxın Şərqlə bağlı əsas platformalardandır. Bu müsahibənin İrəvanın təşəbbüsü ilə yayımlandığı ehtimalı böyükdür və müsahibənin əsas məğzi Vahanın dediyi "İran bu gün regionda Ermənistanın mühüm tərəfdaşıdır" fikridir. Və bu, Ermənistanın Bakı-Tehran xəttindəki qırılmanı dərinləşdirməkdən daha çox, ABŞ-a verdiyi mesaj, həm də Tehranın İrəvan üzərindən Vaşinqtona "əhəmiyyətini" nümayiş etdirməsidir".

Asif Nərimanlının fikrincə, İranda ümid edirlər ki, Ermənistana dəstəklə Vaşinqtonun regional siyasətinə töhfə verə və hərbi müdaxilə planını arxa plana keçirə bilərlər: "Bunun indi - İsrailin İrana zərbələr endirməsindən dərhal sonra gündəmə gətirilməsi də ABŞ-ın hərbi müdaxilə qərarına təsir etməyə hesablanıb. Tehran bu ssenarinin qarşısını almaq üçün Bakıya hücumunu etiraf edir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.142925