Bakı-Tehran: Nazirlər bu mövzuda danışdı
.jpg)
İran və Türkiyənin xarici işlər nazirləri Hüseyn Əmir Abdullahyan və Mövlud Çavuşoğlu telefon danışığı zamanı İran və Azərbaycan arasındakı münasibətlərin hazırkı vəziyyətini müzakirə ediblər.
Hurriyyet.az "Təsnim"ə istinadla xəbər verir ki, hər iki nazir Tehran və Ankara arasında daha sıx ikitərəfli əlaqələr və regional səviyyədə qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Türkiyənin xarici işlər naziri ölkəsinin İran və Səudiyyə Ərəbistanı arasında 7 illik fasilədən sonra diplomatik əlaqələrin bərpasına dair razılaşmanı alqışladığını bildirib və bu sazişin müsəlman birliyinə müsbət təsirini vurğulayıb.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan öz növbəsində bildirib ki, qonşular və region ölkələri ilə müsbət qarşılıqlı fəaliyyət regionda sülh və sabitliyin möhkəmlənməsinə, beynəlxalq arenada sinerjinin artırılmasına zəmin yaradacaq.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya