Bakı sakininə qarşı 60 min manatlıq dələduzluq edildi
2024-09-30 11:33:40
Bakı şəhər sakini olan bir nəfərin aldadılaraq 60 min manatının ələ keçirilməsi ilə bağlı polisə məlumat daxil olub.
Hurriyyet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 34 yaşlı C.Ağayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.