Saat:08:38
Haqqımızda

Bakı sakini üç ildir ki, övladlarına doğum kağızı ala bilmir

2021-11-30 11:39:00

Bakı sakini üç ildir ki, övladlarına doğum kağızı ala bilmir

Bakı şəhər sakini Aytən Babayeva "Hürriyyət"ə müraciət edərək, övladlarına doğum kağızı ala bilmədiyini deyir. Şikayətçi deyir ki, övladlarının birinin iki, digərinin isə üç yaşı var. Aytən Babayeva bu illər ərzində hələ də övladlarına doğum şəhadətnaməsinin verilmdəyini qeyd edir:

"İki övladım var. Övladlarımın biri 2018-ci ildə Hüseyn Əkbər oğlu Əlizadə, 2019-cu ildə isə qızım Rüqəyya Əkbər qızı Əlizadə dünyaya gəlib.  Yaşım az olduğu üçün övladlarımı evdə dünyaya gətirdim. Bu səbəbdən uşaqlarıma doğum kağızı ala bilmədik. Hazırda övladlarımın birinin iki, digərinin isə üç yaşı var. Hansı həkimə müraciət edirəmsə doğum kağızı verilmir. ASAN Xidmət də bu işə baxmır. Hazırda övladlarımın doğum kağızları yoxdur.  Ortalıqda qalıblar. Gələcəkdə məktəbə getmələrində də problem yaranacaq. Xahiş edirəm aidiyyatı qurumlardan mənə kömək edilsin".

YƏHYA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR