"Bakı-Quba yolu çox "bərəkətli" yol layihəsi idi" - NATİQ CƏFƏRLİ

2023-01-05 15:57:00

"Bu yolun tikintisinə ayrılan vəsait hesabına neçə məmurlar, nazirlər xaricdə villalar, obyektlər əldə ediblər"

"Başıbəlalı Rusiya sərhədinə qədər uzanan Bakı-Quba yolunun tikintisinə 2008-ci ildə başlanmışdı, layihənin ilk mərhələsinə 545 milyon 287 min 800 manat xərclənmişdi, yol hazır olandan sonra təmirinə (son yenidənqurma işlərinə qədər, yəni, cari təmirinə) 150 mln. manata yaxın vəsait, yəni 180 km beton ortüklü yola və 120 km olan hazır asfalt yolların təmirinə ümumilikdə az qala 1 mlrd. dollar pul xərclənmişdi. Bu vəsait hesabına neçə məmurlar, nazirlər xaricdə villalar, obyektlər əldə etmişdilər. Bu mənada çox "bərəkətli" yol layihəsi idi". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli qeyd edib.

Politoloq bildirib ki, bir neçə il bundan öncə yolu yenidən təmir etməyə, 25 il zamənətli olan beton örtükləri sökərək asfaltla əvəz etməyə başladılar: "Son yenidənqurma və təmir işlərinə və yeni yolun çəkilməsinə nə qədər vəsait ayrıldığını bilmirəm. Ən azından, yeni təmir və yol çəkilişi ilə bağlı büdcə məlumatlarını tapa bilmədim. Amma məlum olur ki, bu istiqamətdə 67 km-lik yeni yol qovşağı istifadəyə verilir və bu yolda gedişhaqqı pullu olacaq. Mənim pullu yollarla bağlı bir etirazım yoxdur, dünyada da bu praktika var. Lakin dünyada özəl sektor – dövlət (çox zaman dövlət orqanı olan bələdiyyələr) iş birliyi ilə belə yollar çıkilir, nəticədə özəl sektor xərclədiyi vəsaiti geri götürmək, əlavə pul qazanmaq və həmin yolu saz vəziyyətdə saxlamaq üçün cari təmirə pul yığır. Amma bizdə bu yolu büdcə hesabına çəkirlər. Biz – vətəndaşlar, vergi ödəyərək bu yolun pulunu öncədən vermişik və məmurlar-nazirlər də o pulun bir hissəsini basıb-yeyiblər, yəni, ödədiyimiz yolun pulunu indi bir daha niyə ödəməliyik ki?!"

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.390677