"Bakı Qarabağı nə ATƏT, nə də Ermənistanla müzakirə etmək fikrindədir" - ZAUR MƏMMƏDOV

2022-09-07 14:27:00

"İrəvan keçmişə deyil, gələcəyə baxsın, əgər belə olmazsa, Azərbaycan rəsmi şəkildə Qərbi Zəngəzura və Göyçəyə iddialarını qaldıra bilər"

"Ermənistanın baş naziri Nikol Paşinyanın partiyasının üzvü Arman Yeqoyan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında Qarabağ mövzunun müzakirə edilmədiyini və mümkün sazişə bu mövzunun aid olmadığını qeyd edir. O, bu məlumatı Paşinyanın öz fraksiyası ilə görüşdə verdiyinə istinad edir". Hurriyyet.az xəbər verir ki, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib.

Politoloq hesab edir ki, erməni tərəfi həmişəki kimi daxili auditoriyanı aldatmaqla məşquldur: "Bəli, doğrudan da Azərbaycan-Ermənistan arasında açılım prosesində Qarabağ müzakirə olunmur, çünki bu məsələ ölkəmizin daxili işidir. Bakı nə ATƏT-lə, nə də Ermənistanla Qarabağı müzakirə etmək fikrindədir. Cənab prezidentin qeyd etdiyi kimi, Qarabağa heç bir status verilməyəcək. Əlbəttə ki, indiki halda danışıqların əsl məqsədi Ermənistanın Qarabağdan imtinası, Azərbaycana qarşı ərazi iddialarına son qoymasıdır. Əks təqdirdə, müzakirə edilən sülh müqaviləsi Azərbaycanın nəyinə lazımdır? Ona görə, Yeqoyan kimilər yaxşı olardı ki, sayıqlamasınlar. Azərbaycan o şərtlə danışıqlarda iştirak edir ki, İrəvan keçmişə deyil, gələcəyə baxsın. Əgər belə olmazsa, Azərbaycan rəsmi şəkildə Qərbi Zəngəzura və Göyçəyə iddialarını qaldıra bilər. Məlum məsələdir ki, Qərbi Zəngəzurun və Göyçənin birtərəfli qaydada qeyri-qanuni şəkildə kommunistlər tərəfindən Ermənistana verilməsinin heç bir hüquqi əsası yoxdur. Elə bu yaxınlarda Qərbi Azərbaycanlıların icmasının fəaliyyətə başlaması da ondan xəbər verir ki, tarixi ədalət mütləq şəkildə bərpa ediləcək".

Bakı Politoloqlar Klubunun rəhbərinin fikrincə, Azərbaycan və Ermənistan arasında mümkün sülh sazişi fonunda İrəvan konstitusiya dəyişikliyinə getməli, Müstəqillik haqqında Aktına dəyişiklik etməlidir: "1991-ci ildə Ermənistan tərəfindən qəbul edilən Müstəqillik haqqında Aktda bu sənədin - 1989-cu ilin Ermənistan Ali Məclisinin qərarına və "Qarabağla Ermənistanın birləşməsi ilə bağlı 1 dekabr 1989-cu il Dağlıq Qarabağ milli məclisinin qərarları əsasında hazırlandığı qeyd edilir. Əlbəttə ki, 2 dekabr tarixində qəbul edilən kağız parçasının heç bir hüquqi qüvvəsi yoxdur. Lakin bu və ya digər şəkildə gələcəkdə mümkün iddialardan sığortalanmaq üçün Ermənistanın rəsmi şəkildə Qarabağ və Ağrı dağından imtinası çox vacibdir. Hər halda, hadisələr çox dinamikdir və region ətrafında baş verəcək hadisələrin küləyini hiss edəcəyimiz istisna deyil. Hazırda 1 sual aktuallıq təşkil edir. Ermənilər Qafqazda 1 şəhərdə yaşasınlar, ya da respublikaları indiki sərhədlər daxilində. Hayların öz aləmlərində apardıqları oyun onu göstərir ki, hər addımları ilə İrəvandan o tərəfə qovulmaqları fantastik arzu olmayacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057710