Saat:04:16
Haqqımızda

BAKI PAŞİNYANIN BU FİTNƏSİNİN DƏ QARŞISINI ALIB - Azərbaycanın Rusiya sülhməramlılarına hansı səlahiyyətləri verməkdən imtina etdiyi açıqlandı

2023-02-04 17:00:00

BAKI PAŞİNYANIN BU FİTNƏSİNİN DƏ QARŞISINI ALIB - Azərbaycanın Rusiya sülhməramlılarına hansı səlahiyyətləri verməkdən imtina etdiyi açıqlandı

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin mandatı və səlahiyyətləri nədən ibarətdir? Onlar Laçın yolunda Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin keçirdiyi aksiyaya müdaxilə edə bilərmi?

Xatırladaq ki, ötən ilin avqust ayında Ermənistanın Baş nazir Nikol Paşinyan sülhməramlıların mandatı ilə bağlı səndən bəhs edərək, onun Azərbaycan tərəfindən imzalanmadığını demişdi.

Bu ilin yanvarında isə Paşinyan iddia etmişdi ki, sözügedən sənəd 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının davamıdır və Azərbaycanın imzası olmadan da keçərlidir: “Doğrudur, Azərbaycan imzalamayıb, amma bu sənəddə bir yerdə də deyilmir ki, o yalnız üç tərəfin onu imzaladığı halda qüvvəyə minir”.

“Azadlıq” radiosu sözgdən sənədlə bağlı Ermənistan Baş nazirinin ofisinə müraciət edib. Sorğuda deyilir ki, məsələn onların Laçın yolunu açmaq səlahiyyəti varmı?

Ermənistan hökuməti bu sorğuya cavab olaraq radioya ötən ilin noyabrın 21-də Ermənistan və Rusiya müdafiə nazirləri tərəfindən imzalandığı iddia olunan “sənəd” göndərib.

Hansı ki, Qarabağda sülhməramlıların səlahiyyətlərinə aid olduğu iddia olunan “sənəd” Azərbaycan tərəfi imza atmadığından hüquqi qüvvəsi olmayan tualet kağızına çevirilib.

Ermənistanın qəbul edilməsini arzuladığı həmin “sənəddə” Qarabağın ermənilər yaşayan hisəsində müvəqqəti yerləşdirilmiş rus sülhməramlı kontingentə nəqliyyat növlərinin təhlükəsiz hərəkətini, beynəlxalq humanitar yardımın maneəsiz çatdırılmasını təmin etmək, atəşkəs rejiminə əməl olunmasını monitorinq etmək, gücdən istifadə olunmaması öhdəliyinin pozulmasına reaksiya göstərmək, onların məsuliyyəti zonasında asayişin pozulmasının qarşısını almaq və sair kimi səlahiyyətlər verməsi nəzərdə tutulubmuş.

Eyni zamanda özünü hazırda qərbpərəst kimi “bazara çıxaran” Paşinyan hpkuməti Qarabağın ermənilər yaşayan hisəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarına bəzi hallarda silahdan istifadə etmək səlahiyyətiinin də verilməsinə çalışırmış.

 

 

Belə ki, Azərbaycanın rədd etdiyi “sənəddə” sülhməramlılar onların üzərinə qoyulmuş vəzifələrin icrasına imkan verilmədiyi, onlara silahlı birləşmələr və ya şəxslər tərəfindən zorakılıq tətbiq edildiyi, mülki əhalinin həyat və sağlamlığına təhlükə yarandığı hallarda silahdan istifadə edə biləcəyi müddası da salınıbmış.

Ancaq Azərbaycan hakimiyyəti siyasi iradə ortaya qoyaraq Paşinyanın bu fitnəsinin reallaşmasına imkan verməyib.

Bunu ermənilərin özləri də etiraf edir. ABŞ-ın Stenford Universitetinin siyasi elmlər professoru Artur Xaçikyan bildirib ki, Rusiya sülhməramlıları Azərbaycanın imzası olmadan yalnız Ermənistan və Rusiyanın imzaladığı “sənəddəki” vəzifələri icra edə bilməz: “Təsəvvür edin ki, məsələn, Rusiya və Ermənistan Abxaziyada və Cənubi Osetiyada, Gürcüstan ərazisində baş verənlərlə bağlı sənəd imzalayır. Belə bir şey ola bilməz. Siz sənəd imzalaya və başqa bir ölkənin ərazisindəki hadisələri müəyyən edə bilməzsiniz. Əgər biz Qarabağı Azərbaycan ərazisi hesab ediriksə, belə çıxır ki, beynəlxalq birlik də bunu belə hesab edir, biz hətta bu barədə danışsaq da, bunu edə bilmərik. Siz təsəvvür edə bilərsinizmi ki, Rusiya və Azərbaycan, məsələn İrəvanda və ya Gümrüdə baş verənlərlə bağlı sənəd imzalasınlar”.

Ekspertin dediyinə görə sülhməramlıların Qarabağdakı fəaliyyəti yalnız 9 noyabr 2020-ci il tarixli sənədlə müəyyən edilir. Azərbaycan həmin sənədi imzalayıb. Orada sülhməramlıların yerləşdirilməsi var, amma onların nə edəcəyinə dair heç nə yoxdur.

 

 

Artur Xaçikyanın sözlərinə görə sülhməramlıların sülhü təmin etmək üçün mandatları var, amma sülhə məcbur etmək, başqa sözlərlə zordan istifadə etmək səlahiyyəti yoxdur: “Əgər biz klassik mənada sülhməramlılardan danışırıqsa, onların zordan istifadə etmək səlahiyyəti yoxdur. Onlar orada hər iki tərəfin razılığı ilə yerləşdiriliblər və neytral olmalıdırlar. Onlar silahı yalnız öz üzərlərinə hücum olarsa, mandatlarını müdafiə etmək və yerli mülki əhalini qorumaq üçün – yalnız bu üç halda tətbiq edə bilərlər. Amma orda əgər Azərbaycana qarşı güc tətbiq olunarsa, bu artıq sülhməramlı qüvvə sayılmayacaq. Ruslar münaqişənin tərəfinə çevriləcəklər. Yəni Rusiya güc işlətsə bu Rusiyanın Azərbaycana müdaxiləsi sayılacaq. Bu halda Rusiya Türkiyə və Azərbaycanla hərbi qarşıdurmaya getməli olacaq. Bu müharibə şəraitində Rusiya bunu edə bilməz, istəmir və edə bilmir”.

Politoloqun firkincə sülhə məcbur etmək üçün, yəni güc tətbiq olunması üçün BMT Təhlükəsizlik Şurasının mandatı olmalı, qurum beynəlxalq təhlükəsizliyə hədənin olmasını təsdiq etməli və güc tətbiq etməli olan ölkə və ya ölkələr qrupuna səlahiyyət verməlidir.

Xaçikyanın fikrincə BMT Rusiyaya belə bir mandat verməyib və verməyəcək: “Bu çox ağır, çox təhlükəli il olacaq, çünki biz böyük müharibəyə doğru gedirik. İndi Ukraynada çox ciddi eskalasiya olacaq. Yəni belə bir mandatı BMT-dən gözləmək mənasızdır”.

Artur Xaçikyan vurğulayıb ki, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının birbaşa və yazılı səlahiyyətləri yoxdur.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR