Saat:23:19
Haqqımızda

Bakı niyə Zəngəzur dəhlizinin yaradılmasında israrlıdır?: Avropanın enerji ehtiyacları Ermənistanın geosiyasi problemlərini üstələyir

2022-08-11 12:55:00

Bakı niyə Zəngəzur dəhlizinin yaradılmasında israrlıdır?: Avropanın enerji ehtiyacları Ermənistanın geosiyasi problemlərini üstələyir

Bakı niyə Zəngəzur dəhlizinin yaradılmasında hansı səbəbdən israrlı olduğu və Avropanın enerji ehtiyaclarının Ermənistanın geosiyasi problemlərini üstələdiyi haqda fərqli nəşrlərdə yanaşmalar ortaya qoyulur, versiyalar irəli sürülür.
“Tahlil Bazaar” saytının müəllifi Təhminə Qəmxar yazır:
“Aİ-nin enerji ehtiyacları Ermənistanın geosiyasi problemlərini arxa plana sala bilər, halbuki tranzitin inkişafı ilə Azərbaycan ermənilərin narahatlıqları fonunda Zəngəzur dəhlizi barədə danışır. Azərbaycan öz yük və enerji daşıma imkanlarını genişləndirməklə yanaşı, Zəngəzur dəhlizinin inkişaf etdirilməsi zərurətini də gündəmə gətirib.
2022-ci ilin birinci yarısında Azərbaycan ərazisindən yük tranziti 30 faizə yaxın, Bakıdan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə yükdaşıma isə 300 faizə qədər artıb. Azərbaycanın coğrafi mövqeyi və infrastrukturu ölkənin mühüm tranzit logistika mərkəzinə çevrilməsinə şərait yaradıb. Təbii ki, bunun reallaşması bir sıra mürəkkəb siyasi problemlərlə müşayiət olunur. 
Zəngəzur dəhlizi Azərbaycana Ermənistanın nəzarət postları olmadan, Sünik vilayətindən (Qərbi Zəngəzur) keçməklə Naxçıvan Muxtar Respublikasına maneəsiz çıxış imkanı verir və daha geniş məfhumda Türkiyəni digər türk dövlətləri ilə birləşdirən geosiyasi dəhliz yaradır. Bu konsepsiya 2020-ci il Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan və Türkiyə tərəfindən getdikcə daha çox təbliğ olunur. Halbuki, Ermənistan ardıcıl olaraq buna qarşı çıxır və iddia edir ki, dəhliz məntiqi müharibənin sonunda üçtərəfli imzalanmış atəşkəs bəyannaməsindən kənara çıxır...”

P.S. Hərçənd Erməmistanın hansı miqyasda müstəqil dövlət, daha doğrusu dövlət olması məsələsi belə şübhəlidir və mübahisə obyektidir. Əlbəttə məsələyə dərindən vaqif olanlara bəllidir ki, Ermənistanın çığırtqanlığının arxasında İranın Türk amilindən əndişlələri durur, sadəcə bu əndişələri dilə gətirən İrəvandır. 

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR