Saat:08:03
Haqqımızda

BAKI-MOSKVA DANIŞIQLARI KEÇİRİLƏCƏK - Sülhməramlıların məsələsi müzakirəyə çıxarılır

2024-02-12 10:55:09

BAKI-MOSKVA DANIŞIQLARI KEÇİRİLƏCƏK - Sülhməramlıların məsələsi müzakirəyə çıxarılır

Rusiya sülhməramlı kontingenti ilə bağlı Moskva və Bakı arasında danışıqların növbəti raundunun tarixləri hazırda Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılır.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Yevdakimov "İzvestiya"ya müsaibəsində bildirib.

Səfir bu mövzunun çox önəmli olduğunu söyləyib:

"Antiterror əməliyyatı başa çatdıqdan sonra Rusiya sülhməramlıları Azərbaycan qüvvələri ilə birlikdə ərazidə patrul həyata keçirir, binaları və mədəni obyektləri qoruyur".

Yevdakimov danışıqların növbəti raundunun tarixlərinin Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılırdığını söyləyib.

Rusiyalı diplomat Azərbaycanın Qarabağ regionunda sülhməramlı kontingentin qalma müddətinin 2025-ci ildə başa çatdığını xatırladıb.

APA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.202930