Saat:03:36
Haqqımızda

Bakı metrosunun deposuna gizli girən əcnəbilər saxlanıldı: Ziyan vurublar

2024-03-30 14:00:01

Bakı metrosunun deposuna gizli girən əcnəbilər saxlanıldı: Ziyan vurublar

Bakı metropolitenin deposuna daxil olan 3 xarici ölkə vətəndaşının saxlanılması barədə məlumatlar yayılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, turist kimi ölkəmizdə olan Avstraliya, Yeni Zellandiya və Fransa vətəndaşları qatarların dayandığı depoya gizli daxil olaraq bir neçə vaqonu boya ilə yazaraq əmlaka qəsdən ziyan vurublar.

Həmin şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla dəyən ziyanın miqdarı 4850 manat müəyyən edilib. Qanunvericiliyə uyğun olaraq dövlət əmlakını qəsdən zədələyən həmin şəxslər müvafiq məhkəməyə çıxarılacaq.

publika.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.172021