Bakı metrosunda ölüm
2024-12-14 13:00:38
Bakı metrosunda ölüm hadisəsi qeydə alınıb.
Qurumun Mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov Hurriyyet.az-a bildirib ki, hadisə bu gün səhər saat 5:30-da baş verib.
“İş vaxtı bitirərək “İnşaatçılar” stansiyasında iş yerini tərk etmiş Bakı metropoliteninin tunel qurğuları üzrə usta köməkçisi Saleh Məmmədov saat 8:50-də “Koroğlu” stansiyasında növbətçiyə yaxınlaşaraq, tibbi yardıma ehtiyacı olduğunu bildirib.
Dərhal ilkin yardım göstərilib, təcili və təxirəsalınmaz tibbi yardım xidməti çağırılıb. Bütün müvafiq tədbirlər görülsə də, Saleh Məmmədov dünyasını dəyişib”, - B.Məmmədov əlavə edib.