Bakı metrosunda nə baş verib? - Qatarlar gecikir - RƏSMİ AÇIQLAMA

2022-09-20 21:10:00

Bakı metrosunda nə baş verib? - Qatarlar gecikir - RƏSMİ AÇIQLAMA

Bakı metrosunda qatarların hərəkətində böyük yubanmalar baş verib.

Bildirilir ki, “Gənclik”, “Nərimanov” “İnşaatçılar”, “28 may” stansiyalarında qatarlar gecikmə ilə hərəkət ediblər. Hətta qatarlardan biri tuneldə 5-6 dəqiqə dayanıb.

Məsələyə aydınlıq gətirmək üçün “Bakı Metropoliteni” QSC ilə əlaqə saxladıq. QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirdi ki, qurğuda yaranmış nasazlıq qatarların intervalında gecikməyə səbəb olub.

“Texniki nasazlıq səbəbilə yoldəyişdirici qurğular əllə idarə olunduğundan Yaşıl və Qırmızı xətlərdə qatarların hərəkətində gecikmələr baş verib. Bu səbəbdən hazırda intervaldan əlavə 12 dəqiqə fərq yaranıb”, - deyə Bəxtiyar Məmmədov bildirib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058458