Bakı metrosunda əxlaqsızlıq - Sərxoş kişi qadına GÖRÜN NƏ ETDİ

2022-06-13 20:41:00

Bakı metrosunda əxlaqsızlıq - Sərxoş kişi qadına GÖRÜN NƏ ETDİ

Bakı metrosunda tanımadığı qadına qarşı qeyri-əxlaqi hərəkətlər edərək ictimai asayişi pozan şəxs saxlanılıb.

Hadisə metronun “Ulduz” stansiyasında baş verib.

Belə ki, 48 yaşlı Füzuli Məcidov (ad və soyad şərtidir - red) sərxoş halda saat 12:25 radələrində platformada qatar gözləyən qadına qarşı əxlaqsızlıq edib. O, dərhal metropolitenin polis nəfərləri tərəfindən saxlanılaraq növbətçi hissəyə təhvil verilib. 

Füzuli Məcidovun törətdiyi inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə adıçəkilən şəxsə 15 sutkalıq inzibati həbs cəzası verilib. \\Qafqazinfo


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya