Bakı metrosunda baş verən səs-küyün səbəbi nədir? - AÇIQLAMA

2022-06-10 10:56:00

Bakı metrosunda baş verən səs-küyün səbəbi nədir? - AÇIQLAMA

Bu gün səhər saatlarında Bakı metrosunun “Koroğlu” stansiyasında həddindən artıq sərnişin sıxlığı yaşanıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Hurriyyet.az xəbər verir ki, stansiyada qatarda səs-küy və qalmaqal yaşanıb.

Məsələyə aydınlıq gətirmək üçün Bakı Metropoliteni ilə əlaqə saxladıq. Qurumun rəsmisi Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirdi ki, həqiqətən də, bu gün “Koroğlu” stansiyada çox sərnişin olub.

“Əməkdaşlarımız sərnişinlərin hərəkətini tənzimləməyə çalışıblar. Səs-küyə gəlincə, bir sərnişin vaqondan düşərkən çantası qalıb. Ona görə də, hay-küy düşüb”, - deyə qurum rəsmisi bildirib.

Nəticədə qatarın hərəkətində təxminən 1 dəqiqə gecikmə olub. Lakin sonradan həmin interval yolda tənzimlənib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya