"Bakı Metropoliteni" tibbi maska ilə bağlı məlumat yayıb

2022-04-30 14:46:00

2022-ci il mayın 1-dən xüsusi karantin rejimi müddətində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, respirator və s.) istifadə tələbi ləğv edilir. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti qərar qəbul edib.

Xüsusi karantin rejiminin müddəti uzadılıb. Nazirlər Kabinetinin son qərarına uyğun olaraq, buna qədər qurumun qəbul etdiyi müvafiq sənədlərdəki, o cümlədən ictimai nəqliyyatda metodiki göstərişin tibbi maska ilə bağlı tələbi isə mayın 1-dən qüvvədən düşmüş hesab olunacaq. Bu səbəbdən "Bakı Metropoliteni" QSC-nin tibbi maska ilə bağlı bütün monitorlarda və radiorabitə vasitəsilə verilən audiovizual, eləcə də statik lövhələrdəki məlumatları stansiya və qatarlarda ləğv olunacaq.

Bu barədə Trend "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir.

Xüsusi karantin rejimi uzadıldığından və virusun yayılması təhlükəsi tam aradan qalxmadığından "Bakı Metropoliteni" QSC-nin aidiyyəti monitorinqləri, metodiki göstərişləri və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar, tapşırıq və tövsiyələrinə uyğun digər fəaliyyəti davam etdiriləcək.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya