Saat:11:06
Haqqımızda

Bakı məktəbində BƏDBƏXT HADİSƏ - müəllim dərs vaxtı vəfat etdi

2021-10-15 11:29:00

Bakı məktəbində BƏDBƏXT HADİSƏ - müəllim dərs vaxtı vəfat etdi

Bakıda müəllim dərs zamanı vəfat edib.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, Bakı şəhəri 89 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Maisə İsmayılova oktyabrın 11-də IX b sinfinə dərsi zamanı ürək tutmasından vəfat edib.

Məktəbdən verilən məlumata görə, M. İsmayılova sinfə daxil olan zaman özünü pis hiss etdiyi üçün çantasından dərman çıxararaq qəbul etmək istəsə də, anidən huşunu itirib.

Dərhal məktəbin tibb bacısı və rəhbərlik məlumatlandırılıb və təcili tibbi yardıma müraciət edilib. Təəssüf ki, müəllimin həyatını xilas etmək mümkün olmayıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR