Saat:21:44
Haqqımızda

"Bakı Kart"ın nizamnamə kapitalı kəskin azaldılır

2025-04-09 20:56:02

Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart"ın operatoru - "K Group" MMC nizamnamə kapitalını 3,7 milyon manat və yaxud 16,1% azaldaraq, 23 milyon manatdan 19,3 milyon manata endirdiyini elan edib.

Hurriyyet.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti məlumat yayıb.

Məlumata görə, kreditorlar 1 ay ərzində öz tələblərini Bakı şəhəri, Yasamal rayonu, Tiflis prospekti, 49/C ünvanına təqdim edə bilərlər.

Qeyd edək ki, "K Group" 2014-cü ildə yaradılıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.146424