"Bakı İrəvanı razılaşmaya əməl etməyə məcbur edəcək" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2022-08-31 12:20:00

"Ermənistan danışıqlarda "hə" deyir, praktiki olaraq isə əldə olunan razılaşmalara əməl etmir"

"Ermənistan sülhə hazır olmadığı və əldə olunan razılaşmaları danışıqlar yolu ilə deyil, Azərbaycanın güc tətbiqindən sonra yerinə yetirdiyi üçün Brüsseldəki danışıqlardan sonra irəli addım atmayacaq". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə görüş öncəsi telefonla danışdığını xatırladan Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri qeyd edib ki, sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyanın iclası Moskvada keçiriləcək: "Ermənistan sadəcə bu kimi danışıqlarda razılaşmaya gedir, yəni "hə" deyir, praktiki olaraq isə əldə olunan razılaşmalara əməl etmir. Azərbaycana isə İrəvanın şərtləri qəbul etməsi lazımdır. Odur ki, rəsmi Bakı özü İrəvanı razılaşmaya əməl etməyə məcbur edəcək. Prezident İlham Əliyev bu istiqamətdə nə lazımdır özü müəyyən edir. Proseslər bunu göstərir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059008