Bakı ilə İrəvanın müzakirəsi: erməni məktəbləri olacaqmı?
2023-03-03 10:51:00

Hazırda Ermənistan hakimiyyəti Azərbaycanın Qarabağ üzərində tam nəzarətinin texniki məsələləri üzərində danışıqlar aparır.
Hurriyyet.az xəbər verir ki, bunu erməni türkoloq Varujan Geqamyan deyib.
“Ermənistan hakimiyyəti Qarabağ üzərində Azərbaycanın tam nəzarəti ilə artıq razılaşıb. Hazırda texniki tərəflər müzakirə olunur: Azərbaycanın tam nəzarəti neçə müddətə tamamlanacaq, yerli ermənilərin hansı hüquqları olacaq, onlara erməni məktəbləri açmağa icazə veriləcəkmi, bu məktəbə kim rəhbərlik edəcək - erməni, yoxsa azərbaycanlı.
Danışıqların digər mövzusu Türkiyə və Azərbaycanın Ermənistanla münasibətləri necə quracağı məsələsidir. Ermənistan hakimiyyətinin fikrincə, bu münasibətlər mehriban qonşuluq olmalıdır”, - o bildirib.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya