Bakı hava limanında ƏMƏLİYYAT - Tutulanlar VAR

2022-09-27 14:10:00

Bakı hava limanında ƏMƏLİYYAT - Tutulanlar VAR

Bakıda Heydər Əliyev adına Beynəlxalq Hava Limanında əməliyyat keçirilib.

Hurriyyet.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hava limanında 3 Şri-Lanka vətəndaşı saxlanılıb. Məlum olub ki, onlar həmyerliləri, 1996-cı il təvəllüdlü Pathira Dinuka Nishanthanın şikayəti əsasında tutulublar.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, sentyabrın 21-də gecə saat 23 radələrində Şri-Lanka vətəndaşları-1980-ci il təvəllüdlü Rathnayake Nuvan, 2000-ci il təvəllüdlü Sedara Munasinghe və 1992-ci il təvəllüdlü Dinesh Geethackarige D.Pathiranı Masazır qəsəbəsi, “Bağçalı evlər” yaşayış massivindəki evdə döyüblər. Onlar həmin şəxsin 3 min dollarını, içində 1400 dollar olan kartını, 1 milyon rupi olan digər kartını və dəyəri 2 min dollar olan mobil telefonunu götürərək uzaqlaşıblar.

26 yaşlı Dinuka Pathiranın şikayətindən sonra əməliyyat keçirilib və həmin şəxslər ölkədən çıxmaq istəyərkən saxlanılıb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.086694