Bakı Funiklyorunun üzərindəki ərazi təhlükə saçır - VİDEO

2022-06-13 23:27:00

Bakı Funiklyorunun üzərindəki ərazi təhlükə saçır - VİDEO

Bakı Funiklyorunun üzərindəki ərazi təhlükəli vəziyyətdədir. Sonu boşluq olan pillələrin qarşısı heç bir məhəccərlə məhdudlaşdırılmayib. Nəzarətsiz qalan istənilən uşaq oradan funikulyorun relslərinin üzərinə yuvarlana bilər.

Hurriyyet.az-ın məlumatına görə, təxminən 7-8 metr hündürlüyündə olan bu yer dağüstü parkın ərazisindədir. Aşağısından isə Bakı Funikulyoru keçir. Pillələrin sonunda hərəkət heç bir məhəccər, yaxud xəbərdaredici nişanla məhdudlaşdırılmayıb. Sakinlər deyirlər ki, nəzarətsiz qalan istənilən uşaq burada faciəylə qarşılaşa bilər. Sakinlərin sözlərinə əsasən, ərazidə xəbərdaredici vasitənin olmaması, nəinki uşaqlar üçün, həmçinin gecə saatlarlında böyük insanlar üçün də təhlükə yarada bilər. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, Bakı Funikulyoru unikal memarlıq abidəsidir və qeyd edilən məsələ mütəxəssislər tərəfindən araşdırılmalıdır. Onların qərarına əsasən müvafiq tədbirlər görülə bilər. Vətəndaşların park ərazisində sərbəst və maneəsiz hərəkətinin təmin edilməsi üçün lazımi işlər görüləcək.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya