Bakı deyir ki, bu ermənilərə şərait yaradacağıq - Çavuşoğlu

2022-08-23 12:05:00

Bakı deyir ki, bu ermənilərə şərait yaradacağıq - Çavuşoğlu

Xüsusi nümayəndələrin vəzifəsi Türkiyə ilə Ermənistan arasında münasibətlərin mərhələləli şəkildə normallaşmasıdır.

Hurriyyet.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib.

“İndiyədək etimad mühitini təmin edən bəzi addımlar atılıb. Amma bu prosesi Azərbaycanla Ermənistan münasibətlərindən ayrı təsəvvür edə bilmərik. Cənubi Qafqazdakı əsaslı sabitlik həmin dövlətlərin imzaladığı müqavilə nəticəsində təmin ola bilər. Ermənistan regionda əməkdaşlıq istəyib-istəmədiyini konkret deməlidir”, - o bildirib.

Nazir eyni zamanda vurğulayıb ki, ermənilər hər yeri dağıdırlar:

“Təəssüf ki, əvvəl olduğu kimi, ətrafı dağıdaraq geri çəkilirlər.Biz sülh istəyirik. Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır. Azərbaycan deyir ki, vətəndaşlığımızı qəbul edən ermənilər orada (Xankəndi və ətraf ərazilərdə - red.) yaşaya bilərlər, şərait yaradacağıq. Azərbaycan daha nə etsin? Azərbaycanın yeganə istəyi torpaqlarını geri almaq idi. Torpaqlarını azad etdi. İndi daimi sülh istəyir”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058654