"Bakı Bus" avtobusu yük maşını ilə toqquşdu: ölən var - Video
2025-01-04 13:01:51
Bakı-Qazax magistral yolunda "Bakı Bus" avtobusu ilə yük avtomobili toqquşub.
Hurriyyet.az xəbər verir ki, hadisə ilə bağlı Oxu.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) inspektoru polis baş leytenantı Elvin Hacıyev "Bakı Bus" avtobusunun içərisindəki bir sərnişinin həlak olduğunu deyib.
"Hadisə Bakı-Qazax magistral yolunun 24-cü kilometrliyində saat 10:30-da baş verib. 99 JZ 185 dövlət nömrə nişanlı "Bakı Bus" avtobusu yolun kənarında durmuş, Tacikistan dövlətinə məxsus 77-FF-02 nömrə nişanlı "Volvo" markalı TIR-a çırpılıb. İlkin məlumata görə, "Bakı Bus" avtobusundakı bir sərnişin həlak olub.
Faktla bağlı araşdırma aparılır", - E.Hacıyev bildirib.