“Bakı Birlik Təşkilatı” Hüquqi, Humanitar, Sosial, İctimai Birliyinin Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin həbs olunması barədə - BƏYANATI
Biz, “Bakı Birlik Təşkilatı” Hüquqi, Humanitar, Sosial, İctimai Birliyi olaraq:
1. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin, ciddi prosesual pozuntularla keçirilən məhkəmə qərarı əsasında, həbsini onun siyasi fəaliyyəti ilə bağlı olduğunu hesab edirik!
2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində 4 mərhələli (cərimə, inzibati işlərə cəlb edilmə, islah işlərinə cəlb edilmə və 6 aya qədər azadlıqdan məhrum etmə) cəza qeyd edildiyi halda dövlət ittihamçısının məhz ən yüksək, 6 aylıq həbs cəzasını tələb etməsini qərəzli və sifarişli olduğunun göstəricisi hesab edirik!
3. Bir partiya sədrinin fikir və mülahizələrinə görə həbs edilməsini, dövlətimizə baş ucalığı gətirməyəcəyini hesab edirik və dərhal onun azadlığını tələb edirik!
“Bakı Birlik Təşkilatı” Hüquqi, Humanitar, Sosial, İctimai Birliyin İdarə Heyəti
Hurriyyet.az