Bakı Beynəlxalq Məhkəmədə İrəvana qarşı növbəti iddia qaldırıb

2023-01-06 12:55:00

Bakı Beynəlxalq Məhkəmədə İrəvana qarşı növbəti iddia qaldırıb

Ermənistanın azərbaycanlıların hüquqlarını qəsdən pozmasına cavab olaraq Bakı Beynəlxalq Məhkəmədə İrəvana qarşı növbəti iddia qaldırıb.
İkinci iddia Beynəlxalq məhkəməyə (CERD) irqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması çərçivəsində təcili tədbirlər görülməsi məqsədilə qaldırılıb.
“Ermənistan tərəfinin 2021-ci ildən sistemli şəkildə Azərbaycan torpaqlarının minalanması planını həyata keçirdiyinə dair təkzibolunmaz sübutlar var. Bu hərəkətlər məcburi köçkünlərin öz evlərinə qayıtmasının qarşısını almaq məqsədi daşıyır”, deyə iddiada ifadə edilir.
İddia müəllifləri vurğulayırlar ki, humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın dəhlizi ilə separatçı rejimə mina və silahlar ötürülüb.
“Azərbaycan torpaqlarının minalanması təkcə mülki əhali üçün təhlükə deyil, həm də üçtərəfli sazişi pozmağa yönəlmiş təxribatdır”, deyə iddiada bildirilir.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.185331