Bakı-Astara yolu pullu olacaq?
2025-12-03 20:19:27
Zaman-zaman mediada Bakı–Astara yolunun ödənişli əsaslarla istifadəyə veriləcəyi ilə bağlı müxtəlif məlumatlar yayılır. Bəs bu yol nə vaxtdan pullu olacaq?
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Metbuat.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda bu barədə məsələ müzakirə olunmur.
Mətbuat katibi qeyd edib ki, hər hansısa yenilik olarsa, ictimaiyyətə məlumat veriləcək.
Sevinc İbrahimzadə
