Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının cinayətkar saxtalığı

2022-04-22 10:59:00

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının cinayətkar saxtalığı

Xəyalə Cəmilova 10 aydan sonra verdiyi qərardadından kassasiya şikayəti verməyə vəkil ayırmır

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ölkədə tanınmayan Yujdaq diplomlu hakimi Xəyalə Cəmilovanın iddiaçı Qarabağ qazisinin məhkəmə təminatı hüququna qadağası hələ də sürür.Bir il qabaqkı  14.04.2021-ci il tarixli iclasda cavabdeh DİN-in saxta vəkili və nümayəndəsi Əlirza Həbilova “vəkillik edən” hakim bu sətirlərin yazarının danışmasına kamera görüntüləri ilə şantaj edərək imkan verməyib.

Amma Əlirza Həbilovun özü ilə gətirdiyi məhkəmənin 3-cü şəxs kimi cəlb etdiyi  ƏƏSMN -in nümayəndəsi Munir Həsənovu etibarnaməsi olmadan dinləyib. “Qətnamə” ilə “qərardad”ı ayıra bilməyən məhkəmə heyətinin  (digər 2 hakim Namiq Cəfərov və Vahid Sadıqov) qərəzli sifarişə boyun əydiyini görən iddiaçının etirazla zaldan çıxması ilə elektron qaydada məhkəməyə hüquqi yardımla bağlı müraciət etməsi həmin gün baş verib. Lakin nə vəkil ayrılıb, nə təqdim etdiyi sübutlara baxılıb, nə də qərardad verilib. Həmin gündən qərardadın verilməsini tələb edən iddiaçının qanuni tələbinə əməl edilməyib; yalnız 10 aydan sonra ümumi şöbədən 09.02.2022 tarixli məktubla 14.04.2021 tarixli iddianın mümkün sayılmaması haqqında qərardadın oxunması mümkün olmayan surəti  elektron ünvana göndərilib. İndi düz 70 gündür şəxsin qərardaddan kassasiya şikayəti vermək üçün vəkillə təminatı haqqında ərizələrə baxılmır.

Ombudsmana şikayətə cavab olaraq aparat rəhbəri Aydın Səfixanlı 11.03.2022 tarixli məktubla   Bakı Apellyasiya Məhkəməsinə sorğu göndərildiyini  və alınmış cavabla 14.04.2021 tarixli qərardadın 20.04.2021-ci ildə iddia ərizəsində göstərilmiş ünvana  (?-niyə apellyasiya şikayətində göstərilən  ünvana yox? !-M. B. ) göndərildiyini və məhkəməyə geri qaytarıldığını bildirib. Bakı Apellyasiya Məhkəməsi Ombudsmana cavabından aparat rəhbəri  görüb ki, “14.04.2021 tarixli qərardaddan kassasiya şikayəti vermək üçün vəkillə təmin olunmaq barədə ƏLYAZI ilə TƏRTİB EDİLMİŞ və İMZALANMIŞ ərizə 30.04.2021-ci ildə məhkəməyə daxil olmuş və Bakı Apellyasiya Məhkəməsinin 19.05.2021 tarixli qərardadı ilə təmin olunmuşdur “. Həmin əlyazı ilə tərtib edilmiş və imzalanmış ərizənin surətini tələb edən Qarabağ qazisinə Bakı Apellyasiya Məhkəməsinin ümumi şöbəsinin müdiri 20.04.2022-ci il tarixli məktubla bildirib ki, 19.04.2021-ci ildə məhkəməyə daxil olmuş ELEKTRON ƏRİZƏ əsasında Bakı Apellyasiya Məhkəməsi 14.04.2021 tarixli qərardaddan şikayət vermək üçün 19.05.2021 tarixli qərardadla vəkil ayrılmasını  təmin etmişdir . CİNAYƏTKAR SAXTALIQ GÖZ ÖNÜNDƏDİR ; Bakı Apellyasiya Məhkəməsi qərardad qəbul etmədən, köhnə tarixə saxtalaşdırdığı qərardadını nə rəsmi, nə də qeyri – rəsmi qaydada verib . Axı eyni tarixli -19.05.2019-cu il - qərardadı ayrı tarixli -30.04.2021 -ci il və 19.04.2021-ci il , ayrı üsullarla verilmiş - ƏLYAZISI və ELEKTRON ərizə əsasında  qəbul etmək CİNAYƏTKAR SAXTALIĞIN sübutudur. İstənilən halda, məhkəmə qərardadının nəticəsini bilmədən ondan şikayət verilməsi qanunvericilikdə nəzərdə tutulmur. Vətəndaşa qərardad verilməyibsə, yalnız on aydan sonra qərardadın oxunmayan surətini qeyri-rəsmi qaydada alıbsa, ondan necə bir il qabaq şikayət verə bilər?

 Maraqlıdır ki, 19.05.2019-cu il tarixli vəkillə təminat haqqında qərardad da bu günədək “tapılmır”. “Tapılsa”, Bakı Apellyasiya Məhkəməsinin necə və neçə “tarix” yazdığı” bəlli olar.

Məğrur Bədəlsoy


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya