Saat:02:50
Haqqımızda

Bakı Apellyasiya Məhkəməsi 3-cü dəfə Qarabağ qazisinin pensiyasını DSMF-ə yedirtdi

2021-08-03 16:43:00

Bakı Apellyasiya Məhkəməsi 3-cü dəfə Qarabağ qazisinin pensiyasını DSMF-ə yedirtdi

Əvvəllər işin baxılmasında iştirak edən Aida Hüseynə etiraza da baxılmadı

Bu gün - 03.08.2021-ci ildə Bakı Apellyasiya Məhkəməsində (sədrlik edən Səadət Bektaşi, Aida Hüseyn və Azər Hüseynov) Qarabağ qazisi Xaliq Abbaszadənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xüsusi Şərtlərlə Təyinat Mərkəzinə qarşı “məhkəmənin icra sənədi olmadan pensiyasının yarıqat edilməsindən dəyən maddi və mənəvi ziyanın ödənilməsi və digər tələblər” üzrə Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) qərarından apellyasiya şikayətinə baxılıb və heç bir vəsatətə, sübuta, Konstitusiyaya, İnzibati Prosessual Məcəlləyə (İPM) əsaslanmadan aşağı instansiya hakiminin “daxili inam” qeyri-prosessuallığı qüvvədə saxlanılıb.

Yenə də Qarabağ qazisi yalquzaq kimi həm cavabdehə, həm də məhkəmə heyətinə qarşı tək “vuruşmalı” olub və təbii ki, haqlı olsa da  haqqa uduzub. Qazinin əvvəllər işin baxılmasında iştirak etmiş Aida Hüseynə etirazına da baxılmayıb. Eyni zamanda, 3-cü şəxs Suraxanı icra və probasiya şöbəsinin və icra məmuru Vüsal Əliyevin məcburi iştirakının təmin edilməsi haqqında vəsatətinə də baxılmayıb. Beləcə, məhkəmənin icra sənədi olmadan Qarabağ qazisinin cəmi 350 manatlıq pensiyasının DSMF məmurlarının dələduzlarla şərikliklə yeməsinə haqq qazandırılıb. Qazinin Ali Məhkəməyə 3-cü dəfə kassasiya şikayəti verəcəyi bir ay müddətində gerçəkləşəcək.

Görək, Ali Məhkəmə aşağı instansiyaların aktlarını 3-cü dəfə də ləğv edəcək? Hər halda, ləğv etməməyə heç bir əsas yoxdur!

Qarabağ qazisinin pensiyasını yeməklə qarnınız, gözünüz doyacaqsa, yeyin, haramınız olsun! Onsuz da Avropa İnsan Hüquqları Məhkəməsi qarnınıza yediyinizi burnunuzdan gətirəcək!

Məğrur Bədəlsoy

P.S. "Boğazı ucundan baş yozan" məhkəmə - hüquq dəllallarının qeyri-prosessual diqqətinə "İcra haqqında" Qanunun 68.1 maddəsini bir daha çatdırırıq: "Tələb borclunun xidməti vəzifələrini yerinə yetirərkən aldığı xəsarətlərə görə ödənilən məbləğlərə yönəldilə bilməz"!

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR