Saat:23:42
Haqqımızda

Bahar Muradova Sumqayıt İCRA HAKİMİYYƏTİNƏ GETDİ - ZAKİR FƏRƏCOV İSƏ...

2022-01-28 14:02:00

Bahar Muradova Sumqayıt İCRA HAKİMİYYƏTİNƏ GETDİ - ZAKİR FƏRƏCOV İSƏ...

Sumqayıt şəhər İcra Hakimiyyətinin icra başçısı Zakir Fərəcovun səhhətində ciddi problemlərin yarandığı barədə məlumatlar yayılıb. İddia olunur ki, icra başçısı bu səbəbdən işə çıxmır. Onun səlahiyətlərini isə tabeliyində olan şəxslər icra edir.

Hurriyyet.az xəbər verir ki, Qaynarinfo məsələ ilə bağlı Zakir Fərəcovun birinci müavini Teymur Səmədovla əlaqə saxlayıb. Birinci müavin iddiaların əsassız olduğunu bildirib: "Deyilənlər həqiqətə uyğun deyil. Zakir müəllimin səhhətində hər hansı problem yoxdur. Hazırda da iş başındadır. Yanında qonaqları var. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, millət vəkili Hicran Hüseynova, BMT-nin nümayəndəsi də burdadır. Bu gün Sumqayıtda Qadın Resurs Mərkəzi açılır. Zakir müəllim də qonaqları qəbul edir. Mərkəzin açılış mərasimində də iştirak edəcək".

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR