Bağışlanan köhnə kreslonun içərisindən 36 min dollar tapdı

2022-06-06 16:07:00

Bağışlanan köhnə kreslonun içərisindən 36 min dollar tapdı

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında Viki Umado adlı bir qadın internetdəki elanda pulsuz verildiyi bildirilən istifadə edilmiş kreslonu əldə eləyərək evinə aparıb. Evə gəldikdən sonra Umado onun içərisindən 36 min dollar tapıb.

CNN kanalına müsahibə  verən xanım deyib: “Kreslonu təmizləyərkən yastığın içərisində nəyin isə olduğunu hiss elədim. Çıxarıb baxdığım zaman zərflərdə gizlədilmiş 36 min dollar məbləğində pul olduğunu gördüm”.

Pulu qaytarmaq üçün dərhal kreslonu ona bağışlayan ailə ilə əlaqə saxlayan Umado bunun qarşılığında həmin məbləğdən 2 200 dolların ona mükafat verildiyini qeyd edib. Umado həmin mükafatla özünə soyuducu aldığını və çox şad olduğunu söyləyib.

Hürr Tərcüman

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya