Bağdadda siyasi toqquşma – onlarla yaralı var

2022-08-29 22:00:00

Bağdadda siyasi toqquşma – onlarla yaralı var

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, İraqın Baş naziri Mustafa əl Kazımi Sədr tərəfdarlarının dərhal Yaşıl zonadan çıxarılmasını tələb edib.

Ölkənin asayiş qüvvələrinin Muktəda əs Sədrin Bağdaddakı tərəfdarlarının çıxışlarına müdaxilə eləməsi nəticəsində onlarla insan yaralanıb. Etirazçıları Yaşıl zonadan qovmaq üçün gözyaşardıcı qazdan və odlu silahdan istifadə olunub.

Sədr tərəfdarları arasında onlarla yaralı olub. Yaralılar xəstəxanalara çatdırılıblar.

Bağdadın müxtəlif rayonlarında Muktəda əs Sədr tərəfdarları ilə iranpərəst şiə Koordinasiya strukturunun tərəfdarları arasında daş və dəyənək davası olub.

Həşd əş Şabi milislərinə bağlı qüvvələr də Sədr tərəfdarlarının qovulmasında iştirak edirlər.

İraqın Baş naziri Mustafa əl Kazımi Birləşmiş Operativ Hərbi Komandanlığın təmsilçiləri ilə fövqəladə iclas keçirib. Kazımi Sədr tərəfdarlarının dərhal Yaşıl zonadan çıxarılmasını tələb edib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057429