Saat:14:36
Haqqımızda

Bağdad aeroportu raket atəşinə tutuldu, HHM sistemləri işə düşdü

2022-01-28 14:21:00

Bağdad aeroportu raket atəşinə tutuldu, HHM sistemləri işə düşdü

Hurriyyet.az “RİA Novocti” informasiya agentliyinə istinadla xəbər verir ki, İraqın paytaxtında yerləşən beynəlxalq Bağdad aeroportu havadan raket atəşinə tutulub.  Bu barədə informasiya agentliyinə İraqın təhlükəsizlik orqanlarında çalışan mənbə məlumat verib. Mənbə “RİA Novosti”yə müsahibəsində deyib: “Azı altı raket vurularaq uçuş-eniş zolaqlarına düşüb”.

Atəş yerli vaxtla saat 04.30-da həyata keçirilib. Mərmiləri HHM sistemləri vasitəsi ilə dəf eləmək mümkün olub. Atəş nəticəsində dayanacaqda durmuş təyyarə zədələnib.

Baş verən hadisə ilə bağlı məsuliyyəti hələlik heç kim öz üzərinə götürməyib.

Ötən həftə İŞİD yaraqlılarının Bağdadın şimal-şərqindəki Diyala vilayətinə hücumu nəticəsində 11 nəfər iraqlı hərbçi həlak olmuşdu. 2021-ci ildə terrorçular İraqda 250-yə qədər müxtəlif hücumlar həyata keçiriblər. 387 nəfər bu hücumların qurbanı olub, 500 nəfərdən artıq insan yaralanıb.

2017-ci ilin axırında İraq hakimiyyəti İŞİD üzərində qələbə çalındığını elan edib. Lakin ordu qüvvələri könüllü dəstələr ilə beynəlxalq koalisiya qüvvələrinin dəstəyi ilə İŞİD-in yatmış hücrələrinə qarşı təmizləmə əməliyyatlarını davam etdirir.

Hürr Tərcüman      

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR