Saat:08:54
Haqqımızda

Bağçada işləmək istəyənlərin DİQQƏTİNƏ - 5 min nəfər... - VİDEO

2022-08-10 16:40:00

Bağçada işləmək istəyənlərin DİQQƏTİNƏ - 5 min nəfər... - VİDEO

Bu il Azərbaycanda ilk dəfə məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə imtahan keçiriləcək. Artıq müsabiqəyə qeydiyyat prosesi başa çatıb. 200 vakant yer uğrunda 5 min nəfərdən çox namizəd mübarizə aparacaq.

Hurriyyet.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bağçalarda işləmək istəyən tərbiyəçi-müəllimlərin sənəd qəbulu başa çatıb. Müsabiqədə 200 vakant yer üçün 5000 nəfərdən çox iştirakçı mübarizə aparacaq. Bu barədə Təhsil İnstitutunun insan resursları mərkəzinin direktoru nurlan ismayılbəyli məlumat verib.

Bu mərhələdə hər sual üzrə 1 bal olmaqla, ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Səhv cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərəcək. Belə ki, 1 səhv cavablandırılmış sual - 0,25 bal şəklində hesablanacaq. Bundan əvvəl qeyri-ixtisas sahibləri də bağçalarda müəllim işləyə bilirdi. Amma artıq qaydalar dəyişib.

İmtahandan uğurla keçən müəllimlər müsahibə mərhələsinə çağırılacaq..Yekun nəticələrə uyğun olaraq namizədlərin vakansiyalara yerləşdirilməsi həyata keçiriləcək. İmtahanların keçiriləcəyi tarix haqqında əlavə məlumat veriləcək.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR