BAEA rəhbərindən AÇIQLAMA: İran buna hazırdır
2023-03-05 00:00:00

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi hesab edir ki, o, İran hakimiyyəti ilə dialoqu yaxşılaşdırmağa nail olub.
BAEA rəhbəri bu barədə Vyanada mətbuat konfransında bildirib.
"Düşünürəm ki, ən azı İran hökuməti ilə dialoqda aydın yaxşılaşma barədə danışa bilərik. Düşünürəm ki, onlar məni eşitdilər. Ümid edirəm ki, tezliklə nəticələri görəcəyik", - Qrossi bildirib.
O, həmçinin İranın nüvə obyektlərinin monitorinqi üçün kameralar və digər avadanlıqlar quraşdırmağa hazır olduğunu təsdiqləyib. \\Ölkə.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya