Saat:22:50
Haqqımızda

Bacısı qızı FHN-in helikopterindən istifadə etdi, Sadır Japarov üzr istədi – Video

2024-06-27 21:55:40

Bacısı qızı FHN-in helikopterindən istifadə etdi, Sadır Japarov üzr istədi – Video

Qırğızıstan Prezidenti Sadır Japarov sosial şəbəkələrdə dəbdəbəli evlilik təklifi ilə müzakirələrə səbəb olan bacısı qızına görə üzr istəyib.
Hurriyyet.Az Yeniavaz.com-a istinadla xəbər verir ki, o, bu barədə “Kabar” dövlət agentliyinə müsahibəsində bacısı qızı Lazzat Nurkojoyevanın evlənmək təklifi aldığı videoya münasibət bildirərkən qeyd edib.
Müzakirələrə səbəb Qırğızıstan Prezidentinin bacısı qızının evlilik təklifi ilə bağlı ölkənin Fövqəladə Hallar Nazirliyinə məxsus  helikopterdən istifadə etməsi olub.
Japarovun fikrincə, dövlət başçısının yaxın qohumları nümunə göstərməli, israfçılıq etməməlidirlər. O bildirib ki, bacısı qızının nişanlısı da bu barədə düşünməli idi.
“Əgər o, prezidentin qohumu olacaqsa, bu barədə düşünməli idi ki, həm özünü, həm də prezidenti bu vəziyyətə salmasın. Məncə, bu, sadəcə olaraq, gəncliyin bir təzahürü idi. Evlilik təklifini daha təvazökar etmək olardı”, - deyə dövlət başçısı bildirib.
Prezident onu da əlavə edib ki, qohumlarına qarşı sərt tələblər qoyur, həmçinin, dövlət işlərinə qarışmağın yolverilməzliyini xatırladır. Eyni zamanda, Japarov bacısı qızının hərəkətinə görə vətəndaşlardan üzr istəyib.
“Əminəm ki, bundan sonra düşünəcəklər, sonra hərəkət edəcəklər. İnanıram ki, xalqın tənqidindən sonra düzgün nəticə çıxaracaqlar”, - deyə prezident bildirib.
Japarov onu da xatırladıb ki, ölkənin Fövqəladə Hallar Nazirliyi istənilən şəxsə kommersiya uçuşları üçün helikopter verir. Prezidentin sözlərinə görə, icarədən alınan hər qəpik respublika büdcəsinə daxil olur və yeni helikopterlərin alınmasına ayrılır.
Qeyd edək ki, iyunun 24-də Nurkojoyeva sosial şəbəkələrdə Bişkek yaxınlığındakı Oruu-Sai dərəsində baş tutan evlilik təklifinin videosunu yayıb. Gəlin və bəy Qırğızıstan Fövqəladə Hallar Nazirliyinə məxsus “Airbus H-125” helikopteri ilə ora uçublar. Evlilik təklifi atəşfəşanlıqla müşayiət olunub.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.156999