Babək Rayon Cəhri qəsəbəsində oğurluqda şübhəli bilinən şəxs saxlanılıb - FOTOLAR
2023-02-09 19:34:00

Cəhri qəsəbəsində oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.
Nuhçixan İnformasiya Agentliyinə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Babək Rayon Cəhri qəsəbəsində mənzillərdən birindən oğurluq olması ilə bağlı polisə məlumat daxil olub.
Babək Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri operativ əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törədən Cəhri qəsəbə sakini 1998-ci il təvəllüdlü Valeh Vəliyev şübhəli şəxs qismində saxglanılıb, oğurladığı qızıl-zinət əşyaları maddi sübut kimi götürülüb.
Valeh Vəliyevin barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya