Babayan Xankəndidəki hadisələrin şok təfərrüatını açıqladı
“Biz Azərbaycanla birbaşa danışıqlar yolu ilə vəziyyətdən çıxa bilərik, bunun alternativi yoxdur”.
Əgər Qarabağ erməniləri küçələrə çıxmasa, deməli, biz məhvə məhkumuq.
Hurriyyet.Az xəbər verir ki, belə bir bəyanatla Xankəndidəki separatçı-terrorçulardan olan Samvel Babayan çıxış edib.
“Bir qrup düşünür ki, İrəvanda hakimiyyət dəyişikliyi naminə mübarizə aparmalı, acından ölməliyik, digəri isə düşünür ki, dialoq üçün oturub kompromislərə getməli və problemləri həll etməliyik. Görək, cəmiyyətimiz nəyi seçir”, - deyə o bildirib.
Onun fikrincə, ermənilər meydana çıxıb öz “rəhbər”ini seçməlidir.
Babayan xatırladıb ki, Araik Arutyunyan Bako Saakyanın dövründə 11 il “baş nazir” olub: “Bu, bir komandadır. Ermənistan hakimiyyəti bu qüvvələrə dəstəyi dayandırmalıdır. Bunu etməsələr, ciddi problemlərlə üzləşəcəklər”.
Samvel Babayan bəyan edib ki, Xankəndidəki hadisələrin əsas məqsədi Ermənistanda hakimiyyət dəyişikliyidir.
“Biz Azərbaycanla birbaşa danışıqlar yolu ilə vəziyyətdən çıxa bilərik, bunun alternativi yoxdur. Azərbaycanla birbaşa dialoq yolu ilə müzakirə etməklə biz Azərbaycan-Ermənistan arasında razılaşma problemini həll etmiş oluruq, Ermənistan-Türkiyə məsələsini həll edirik və regiona tam hüquqi sülh gətirmiş oluruq”, - deyə o, yekunlaşdırıb.
Mürtəza
Ölkə.Az