Babayan ABŞ Konqresində SƏRSƏMLƏDİ: "Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq"

2022-09-20 20:33:00

Babayan ABŞ Konqresində SƏRSƏMLƏDİ:

David Babayan ABŞ Konqresində Azərbaycanın qarşı çıxış edib.

Sentyabrın 19-da Qarabağdakı qondarma rejimin “xarici siyasət departamentinin rəhbəri” David Babayan ABŞ Konqresində ABŞ-ın Şərq Dairəsinin Ay Date Komissiyası, Amerika Erməni Assambleyası tərəfindən təşkil olunmuş tədbirdə çıxış edib.

Babayan çıxışında Qafqazda hadisələrin mümkün inkişafı, Qarabağdakı mövcud vəziyyət barədə cəfəngiyatlarını çatdırıb.

“Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi Xankəndinin mövqeyi dəyişməz qalıb. Biz ATƏT-in Minsk Qrupu çərçivəsində Qarabağın tam iştirakı ilə sülh danışıqları prosesinə böyük əhəmiyyət veririk.

Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq. Azərbaycan, Türkiyə və beynəlxalq terrorçuların Qarabağa münasibətində təcavüzkar və soyqırım siyasətinin ciddi çağırışları var”, – deyə Babayan çərənləyib. \\Yeni Gundem


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056154