Azyaşlı uşaqlara işgəncə verən psixoloq və direktor köməkçisi saxlanıldı – DİN AÇIQLAMA YAYDI

2022-09-03 16:21:00

Azyaşlı uşaqlara işgəncə verən psixoloq və direktor köməkçisi saxlanıldı – DİN AÇIQLAMA YAYDI

Bakıda yerləşən "Mehnur” Reabilitasiya Mərkəzində azyaşlı uşaqlara işgəncə verilməsi ilə bağlı xəbər vermişdik. Qeyd etmişdik ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Hurriyyet.az xəbər verir ki, Daxil İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev paytaxtın Nizami rayonunda reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər edən mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəylinin polis əməkdaşları tərəfindən saxlanıldığını bildirib.

Məlumata əsasən, fktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb.

İstintaq hərəkətləri davam etdirilir.

Uşaqlara işgəncə verilən mərkəzin sahibi hansı məmurun qızıdır?

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.074244