AzTV-dən Kamal Yaşarla bağlı rəsmi açıqlama

2023-02-15 14:25:00

AzTV-dən Kamal Yaşarla bağlı rəsmi açıqlama

Xəbər verdiyimiz kimi, tanınmış rejissor, dublyaj aktyoru Kamal Yaşar Mədəniyyət TV-də müəllifi və aparıcısı olduğu “Kinokitab” layihəsinin dayandırıldığı barədə məlumat yaymışdı.

Hurriyyet.az xəbər verir ki, məsələ ilə bağlı AzTV-dən sözügedən verilişin sentyabrdan yayımlanmadığı bildirilib:

“Mədəniyyət” kanalının “Kinokitab” verilişi hələ ötən ilin sentyabrından yayımlanmırdı. Verilişin keyfiyyət baxımından müasir tələblərlə uyğunlaşmadığı da yaradıcı kollektivə izah edilib. Bu il kollektivə daha bir imkan verilsə də, reytinq toplamadığı üçün yayımının dayandırılmasına qərar verildi.

Bunu hansısa açıqlama və paylaşımla əlaqələndirmək fikri başqa istiqamətə yönləndirməkdən, süni ajiotaj yaratmaqdan başqa bir şey deyil.

Onu da əlavə edək ki, “Kinokitab” verilişi “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin məhsulu deyil, prodakşn istehsalıdır. Verilişin ərsəyə gəlməsində də əməyi olan şəxslər “Mədəniyyət” kanalının əməkdaşları yox, kənar müəlliflərdir”.

Qeyd edək ki, sosial şəbəkələrdə K.Yaşarın verilişinin onun ölkə rəhbərinə videomüraciətindən sonra bağlandığı iddiası yayılmışdı.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.161171