AzTU-dan 117 tələbə qovulub? - Rektor danışdı
2025-02-14 16:00:17

"117 tələbənin Azərbaycan Texniki Universitetinindən xaric edilməsi yanlış informasiyadır. Əksinə universitetə bu il başqa təhsil ocaqlarından 136 nəfər tələbə köçürülüb”.
Hurriyyet.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev deyib.
O bildirib ki, tələbələrin davamiyyəti, eləcə də imtahanlar qaydalar çərçivəsində təşkil olunur.
Rektor Türkiyə - Azərbaycan Universitetinin imtahan sessiyasından da danışıb:
“Türkiyə-Azərbaycan Universitetində 9 tələbə birinci kursda təhsil alır. Digərləri hazırlıq qrupundadırlar. Hazırlıq qrupunda yetərlilik səviyyəsi təxminən 100 fazidir”, - V.Vəliyev vurğulayıb.
