Saat:15:13
Haqqımızda

“Azparking” qiymətləri qaldırır?

2025-11-27 11:15:41

“Azparking” qiymətləri qaldırır?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən təşkil edilən “Azparking” parklanma xidməti qiymətlərini qaldırır.

Hurriyyet.az xəbər verir ki, Bakıda parklanma xidmətlərinin qiymətinin artırılması ilə bağlı yeni iddialar yayılıb. Əldə etdiyimiz məlumata görə, “Azparking” tərəfindən idarə olunan bəzi parklanma məntəqələrində mövcud tariflərin 2 manata qaldırılması nəzərdə tutulur.

Məlumatlara əsasən, mümkün qiymət artımı xüsusilə mərkəzi küçə və prospektlərdə yerləşən parklanma zonalarını əhatə edəcək. Artımın konkret hansı tarixdən qüvvəyə minəcəyi və hansı ərazilərə tətbiq olunacağı hələlik məlum deyil.

Yaxın günlərdə parklanma yerləri qiymətinin dəyişib-dəyuşməyəcəyini aydınlaşdırmaq üçün AYNA-ya müraciət etdik. Agentlikdən bildirildi ki, qiymət siyasəti AYNA tərəfindən tənzimlənmir.

Tribunainfo.az