"Azneft" rəhbərliyini işçi maraqlandırır? - NƏ QƏDƏR Kİ GEC DEYİL...

2022-09-07 10:24:00

 Hər gün Neft Daşlarına yollanan neftçilər əslində ölümlə üz-üzə qalırlar və həyatlarını rəsmən risqə atırlar.

Hurriyyet.az bildirir ki, bu barədə narazı işçilər müraciətlərində qeyd edirlər və "Azneft" rəhbərliyini onların probleminə qulaq verməyə dəvət edirlər.

Neftçilər yazır: "Helikopter problemi hələ də qalır. Bu yaxınlarda yenə işçiləri qırağa çıxaran helikopterdə nasazlıq yaranmışdı.
MI8 markalı helikopter "SWHS HELICOPTER SERVICES" şirkətinə məxsusdur. SOCAR dəniz obyektlərində (platforma,özüllər və s) çalışan 20-21 nəfər neftçi işə bu helikopterlərlə aparılıb gətirilir.

Son zamanlar havada uçuş zamanı helikopter mühərrikində nasazlıq yaranması halı müşühidə olunur.
Helikopterlər köhnədir və onların iş resursu tükənib. Buna görə də uçuş zamanı mühərrik və digər hissələrində problemlər yaranır.

Problem əsasən AZE 69 və 71 və 73 nömrəli helikopterlərdə müşahidə olunub. Son 3 ay ərzində uçuş bir neçə dəfə yarımçıq saxlanılıb və məcburi eniş olunub. Pilotlar işçilərə məcburi enişini helikopterin resurslarının tükəndiyi ilə əlaqələndiriblər".Dia.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058972