“Azərxalça” ASC-nin bəzi filialları birləşdirilir – RƏHBƏRLİK KİMSƏNİN İŞSİZ QALMAYACAĞINI BİLDİRİR…

2023-08-24 14:59:41

“Azərxalça” ASC-nin bəzi filialları birləşdirilir – RƏHBƏRLİK KİMSƏNİN İŞSİZ QALMAYACAĞINI BİLDİRİR…

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Tovuz filialının işçiləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilərin sözlərinə görə, onlara rəhbərlik tərəfindən bildirilib ki, “Azərxalça” AC-nin Tovuz filialı Qazax filialı ilə birləşdiriləcək. Bu baxımdan, onlar işsiz qala biləcəklərindən narahatdırlar.

Məsələ ilə bağlı “Azərxalça” ASC-nin mətbuat katibi Xatuna Abdullayeva ilə həmsöhbət olduq. Xatuna xanım bildirdi ki, deyilən məlumat həqiqəti əks etdirir: “Biz bu barədə işçilərə əvvəlcədən məlumat vermişik. Hər birinə bildimişik ki, heç kəs işsiz qalmayacaq. Əlbəttə, razılaşma ilə.

Deməli, bizdə işçiləri az olan bəzi emalatxanalar yaxınlıqdakı emalatxana ilə birləşdirilir. Lakin bu proses gedən zaman heç bir işçi işindən azad olmur, hər kəs öz işinin başında ola bilər.

Yola gəldikdə isə, işçilərin belə bir problemi olmasın deyə şirkət tərəfindən avtobus təyin olunur və ünvana çatdırılma, yəni işçilərin işdən sonra evlərinə çatdırılması təmin olunur”.

X.Abdullayeva bildirdi ki, bu, tək Tovuz filialı üçün yox, bütün filiallar üçün keçərlidir: “İşçisi az olan emalatxanalar yaxınlıqdakı emalatxana ilə birləşdirilir və beləliklə əlavə xərclərin qarşısı alınır. Əmək haqqlarında heç bir aşağı salınma olmayacaq, əksinə qalxma ehtimalı var. Toxucuların əmək haqqlarının yüksək olması üçün bəzi tədbirlər görülür”.

Jalə FAMİLQIZI


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.140628