Saat:03:35
Haqqımızda

"Azərterminalkompleks" işçilərin hüquqlarını pozur? - Quruma buna görə cərimə yazılıb

2024-05-08 16:15:53

Dövlət Gömrük Komitəsinin (DGK) "Azərterminalkompleks” Birliyi cərimə edilib. 

Hurriyyet.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti quruma İnzibati Xətalar Məcəlləsinin 192.4 və 198.1.5-ci maddələri ilə cərimə yazıb. 

192.4-cü maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə, 198.1.5-ci maddə isə normal əmək və istirahət rejiminə riayət edilməməsi bağlıdır. 

Birincidə, vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək, ikincidə isə 500 manatdan 1000 manatadək məbləğdə cərimə nəzərdə tutulur. 

"Azərterminalkompleks” Birliyi dövlət xidmətinin qərarından məhkəməyə şikayət edib. Qurumun şikayətinə Sabunçu Rayon Məhkəməsində baxılacaq. Nigar İmanova iş üzrə hakim təyin edilib. 

"Azərterminalkompleks” Birliyinin direktor vəzifəsinin icrası general-mayor Kənan Aşurluya həvalə edilib. O, 2019-cu ilin sonunadək Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb.

qaynarinfo.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.192837