"Azərsun" "Araz" supermarketlərindən nazirliyə şikayət etdi – Səbəb

2022-09-12 10:36:00

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkənin aparıcı şirkətlərindən biri – “Veysəloğlu” MMC və bu şirkətə bağlı olan “Araz Supermarket”lər şəbəkəsi barəsində araşdırmalar aparır.

Hurriyyet.az Xidmətdən açıqlanan məlumata istinadən xəbər verir ki, araşdırma ölkənin başqa bir aparıcı şirkəti “Azərsun Holdinq” MMC-nin müraciəti əsasında başlayıb.

Bildirilir ki, qanun pozuntusu “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4-cü abzasının və 9-cu maddənin 2-ci abzasının tələblərin pozulması əlamətləri üzrədir.

“Azərsun Holdinq” MMC şikayət ərizəsində bildirib ki, onlara məxsus “Qu quşu” əmtəə nişanından “Veysəloğlu” MMC, “Araz Supermarket” MMC və fiziki şəxs Vüqar Qənbərov qanunsuz istifadə ediblər.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.068837