“Azərsu” ASC 60 min manatlıq xlor alır

2023-08-31 23:57:34

“Azərsu” ASC 60 min manatlıq xlor alır

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin "“Azərsu” ASC-nin daxili vəsaiti hesabına 50kq-lıq balonlarda maye xlorun satın alınması" ilə bağlı elan etdiyi tender başa çatıb. 

Hurriyyet.Az-ın məlumatına görə, tenderin qalibi "OLD LİNE TRADİNG COMPANY" MMC olub. Tərəflər arasında 60.180 AZN-lik müqavilə imzalanacaq. 

Müqaviləyə əsasən ASC Xlor/ maye/ ( 50kq-lıq balonlarda)  ilə təmin olunacaq. 

Bildirək ki, nizamnamə kapitalı 2000 AZN olan "OLD LİNE TRADİNG COMPANY" MMC-nin qanuni təmsilçisi Emil Quliyev Fərhad oğludur. 

 

Mənbə: 32gun.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.130777