Saat:06:56
Haqqımızda

"Azərsığorta"da narazılıq yaradan KİMDİR? - GİLEY

2022-05-24 14:20:00

"Azərsığorta" şirkəti bizi ələ salır, uzun illərdir sığorta ödənişini verməməkdən və mənimsəməkdən ötrü min oyundan çıxır. "Azərsığorta"nın hüquqşünası Fərid Mustafazadəni hüquq-mühafizə orqanlarının nəzarətə götürməsini və haqqında tədbir görülməsini istəyirik".

Hurriyyet.az dia.az-a istinadən bildirir ki, bu iddia ilə Bakı şəhəri sakini Alı İsgəndərli çıxış edib. Onu da qeyd edək ki, narazı vətəndaş bir sıra ağır ittihamlar da səsləndirib ki, biz müraciətin həmin hissələrini ixtisar etməli olduq.

Müraciətdə daha sonra deyilir: "Fizuli qaçqını Nərgiz Babayeva 1 ildir ki, "Azərsığorta"ya gəlib gedir, hüquqşünas Fərid Mustafazadə onu süründürərək ələ salır. Qadının ərini 2013-cü ildə "Kamaz" maşını vuraraq öldürüb. "Kamaz" "Azərsığorta"da sığortalanmışdı, pul hələ 10 il qabaq mərhumun ailəsinə verilməliydi. Lakin "Azərsığorta" çoxlu sayda, kütləvi şəkildə vətəndaşları ələ salaraq pullarını dövriyyədə saxladığı kimi bu qadını da ələ salıb pulunu vermədi.

Nərgiz mənim qohumumdur, özüm də əlil adamam, biz uzun müddətdir yollarda əsir-yesir olmuşuq ki, həmin pulu bədnam sığorta şirkətindən ala bilək. Lakin Fərid Mustafazadənin sayəsində pul 10 ildir ki, mərhumun ailəsinə ödənilmirdi, müxtəlif bəhanələr gətirilirdi. Mən özüm də dəfələrlə ofisə getmişəm, Fəridə sərt şəkildə bildirmişəm ki, vətəndaşları ələ salmayın, onların pulunu vaxtında ödəyin, get-gəllərə salıb dövlətdən narazılıq yaratmayın. Fərid Mustafazadə bizi saya salmırdı, hətta təhqir etməkdən çəkinmirdi. Mən Fəridə kəskin şəkildə etirazımı bildirdim və Mərkəzi Banka şikayət yazdım.

Əlaqədar qurumlar, konkret olaraq bu işin özü ilə maraqlansın ki, nəyə görə 2013-cü ildə maşın vuran adamın pulu 10 il gecikdirilib? Onda bütün izlər üzə çıxacaq, sirlər aydınlaşacaq. Milyonlarla pul vətəndaşlara ödənilməli olduğu halda uzun illər dövriyyədə saxlanılır. Vətəndaşlar 5 il, 10 il çabalasalar da, "Azərsığorta"dan qanuni haqlarını ala bilmirlər. Halbuki "Azərsığorta" vətəndaşlardan milyonlarla pul yığır ki, başınıza bir iş gəlsə həmin pulu sizə avtomatik ödəyəcəyik.

Mən hüquq-mühafizə və media orqanlarından xahiş edirəm ki, "Azərsığorta"nın hüquqşünası Fərid Mustafazadənin fəaliyyətinə hüquqi qiymət verilsin".

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR